İnşurTex sektoruna qoyulan investisiya 2 milyard dolları ötüb

29 aprel 2021 16:36

2021-ci ilin I rübü üzrə qlobal inşurtex sektoruna yatırılan investisiya məbləği açıqlanıb.

“Siqortaci.az” dünya mediasına istinadən xəbər verir ki, cari ilin ilk rübündə dünya üzrə inşurtex sektoruna 2.55 milyard dollar investisiya yatırılıb.

Bildirilir ki, qeyd olunan dövr ərzində investisiyaların 69%-i əsasən əmlak sığortası ilə bağlı olan inşurtexlərə ayrılıb.

Hesabat rəqəmlərinə görə, bu rəqəm 2020-ci ilin ilk rübü ilə müqayisədə 180% çoxdur. Qlobal sığorta sənayesi icmalından o da görünür ki, şirkətlərin kapitallaşması da ötən ilin ilk rübü ilə müqayisədə 22% artıb.

Qeyd edək ki, investisiya yatırılan inşurtexlər Banqladeş, Estoniya, Braziliya, Nigeriya və BƏƏ-yə aiddir.