Gürcüstanda xəsarət almış şəxs 3,425 ₼ sığorta ödənişi aldı

07 avqust 2026 10:41

Bəzən fikirləşirik ki, yola çıxanda heç nə olmaz, lakin hadisələr qapını döymədən gəlir.

Siqortaci.az xəbər verir ki, “PAŞA Sığorta” Gürcüstanda baş vermiş xoşagəlməz hadisəyə görə müştərisinin tibbi xərclərini ödədi. Belə ki, sığortalı müştəri sol bud sümüyünün sınığı diaqnozu ilə klinikaya yerləşdirilərək əməliyyat olunub və bu hadisə üzrə 3,425 ₼ məbləğində tibbi xərclər qarşılanıb.

Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən şəxslər üçün səyahət sığortası mütləqdir. “PAŞA Sığorta” şirkətində səyahət sığortasını heç bir ofisə getmədən, cəmi 2-3 dəqiqə ərzində ONLAYN şəkildə almaq olar. Səyahət sığortası yalnız tələb deyil, həm də xaricdə yarana biləcək gözlənilməz tibbi xərcləri qarşılayan əhəmiyyətli dəstəkdir.