Dövlət Sığorta Şirkətində TƏYİNAT

17 fevral 2022 09:57

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində yeni təyinat olub.

"Siqortaci.az" xəbər verir ki, şirkətin Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına görə, rəhbərliyin müvafiq əmri ilə Elnur Hüseynquluyev Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, FED.az biznes maliyyə portalının rəhbəri olan E.Hüseynquluyev ölkədə fəaliyyət göstərən bir sıra sığorta şirkətlərində PR menecer  vəzifələrində çalışıb.