Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzvlüklə bağlı daxil olmuş daha bir müraciətə baxılıb və qəbul edilib.
“Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin Azərbaycan Sığortaçılar Assosiasiyasına üzvlüklə bağlı ünvanladığı müraciət müsbət qiymətləndirilib və adı çəkilən şirkət ASA-nın üzvlüyünə qəbul edilib.
Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın komitə iclaslarında və həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edəcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə edə biləcək.
ASA-dan bildirilir ki, hazırda daha 3 sığorta brokeri şirkətinin Assosiasiyaya üzvlüklə bağlı müraciətinə baxılır.