Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yekun sığorta icmalını açıqladı.
Siqortaci.az AMB-yə istinadən xəbər verir ki, hesabat dövrü ərzində sığorta yığımları 11.2%, sığorta ödənişləri isə 22.3% artıb.
Yerli bazar üzrə təmin olunmuş yığımların ümumi həcmi 1 milyard 504 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci il üzrə hesabat nəticələrinə görə, sığorta yığımlarının ÜDM-də payı 1.16%, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də isə payı 1.63% təşkil edib.
İcmal nəticələrini vizuallarla diqqətinizə çatdırırıq: