Azərbaycanın məşhur sığorta mütəxəssisi dünyasını dəyişdi

13 dekabr 2020 19:30

Azərbaycanın tanınmış iş adamı, biznes məsləhətçisi, sığorta mütəxəssisi, hüquqşünas və təlimçi Xəyal Məmmədxanlı koronavirusdan dünyasını dəyişib.

"Siqortaci.az" xəbər verir ki, bu barədə məlumatı mərhumun müalicə aldığı "Mərkəzi Gömrük Hospitalı" təsdiqləyib.

Qeyd edək ki, o, 42 yaşında idi. Azərbaycanda çox sayda sığorta şirkətinin təsisçisi, həmtəsisçisi və ideya müəllifi olub. Yerli sığorta bazarının inkişafı üçün əvəzsiz xidmətlər göstərib.

Allah rəhmət eləsin!