Azərbaycanda yeni iqtisadiyyat portalı fəaliyyətə başladı

11 yanvar 2021 14:48

Azərbaycanda yeni iqtisadiyyat portalı fəaliyyətə başlayıb.

"Siqortaci.az" Qaynarinfo.az-a istinadən xəbər verir ki, Margin.az portalının başlıca missiyası biznes, eləcə də iqtisadiyyatın bütün istiqamətləri üzrə informasiyaları obyektiv və operativ formada oxuculara təqdim etməkdir. 

Azərbaycan və rus dillərində fəaliyyət göstərən informasiya portalı iqtisadi proseslərlə bağlı xəbərlərlə yanaşı, analitik materiallar da təqdim edəcək. 

Oxucular ölkə iqtisadiyyatının lokomativi sayılan energetika sektoru, o cümlədən neft-qaz sahəsində dəqiq və son xəbərləri portaldan izləyə biləcək.

"Margin.az” portalı həmçinin dünya birja bazarlarında baş verən yenilikləri, qiymət dinamikasını canlı info-qrafiklər üzərindən onlayn təqdim edəcək.

Oxucular https://margin.az/ portalını "Facebook”, "İnstagram”, "Twitter” və "Telegram”dakı rəsmi sosial şəbəkə hesablarından da izləyə bilər.