"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda yeni təyinat olub

03 sentyabr 2020 10:00

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoruna müşavir təyin edilib. 

ASA-dan "Siqortaci.az"a verilən məlumata görə, bu vəzifə jurnalist Məmməd Ağayevə həvalə olunub.

O, bu vəzifəyə təyin olunana qədər “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin layihə redaktoru olaraq çalışırdı.

M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TIMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəri olub. Ölkənin aparıcı media orqanları olan “Azərbaycan” qəzeti, “Baki-Baku.az” elektron qəzeti, “Axar.az”, “Fed.az, “Kommersant.az” xəbər portallarında müxtəlif vəzifələrdə çalışıb.