Azərbaycan ilə Türkiyə sığorta sahəsində birgə təlimlər keçirəcək

14 sentyabr 2020 11:32

"Başqa ölkələrin sığorta assosiasiyaları ilə ayrıca memorandum və müqavilələr bağlamaq, təcrübə mübadiləsi aparmağı düşünürük".

"Siqortaci.az" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının sədri Azər Əliyev ASA-nın yeni fəaliyyət konsepsiyasının bu gün keçirilən təqdimatında deyib.

"O cümlədən Türkiyənin sığorta bazarı da bizim üçün çox maraqlıdır. Türkiyə sığortaçıları bizə dəstək olmağı çox istəyir. Hətta biz onlarla birlikdə təlimlər keçirməyi planlaşdırırıq", - deyə, A.Əliyev bildirib.