Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tamas Torma arasında görüş keçirilib.
ASA-dan Siqortaci.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Macarıstan ölkələri arasında sığorta sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı əlaqələrin istiqamətləri müzakirə olunub.
Görüşdə o cümlədən "Türk Dünyası Sığorta Birliyi"nin sektorial və beynəlxalq fəaliyyəti, Macarıstan Sığortaçılar Assosiasiyasının müvafiq Birlikdəki müşahidəçi təşkilat olaraq mövqeyi kimi aktual məsələlər geniş müzakirə edilib.
Tərəflər görüşdə Azərbaycanla Macarıstan arasında sığorta sahəsində əməkdaşlığı dəstəklədiklərini bildirib və bu istiqamətdə növbəti mərhələdə zəruri addımların atılması yönündə razılığa gəliblər.