Avstraliya federal hökuməti, fərdi evlər, şirkətlər və kiçik müəssisələrin siklon və daşqınların yaradacağı risklərdən sığortalanması məqsədi ilə 10 milyard dollar dəyərində təkrarsığorta fondunun yaradıldığını elan etdi.
“Siqortaci.az” dünya mediasına istinadən xəbər verir ki, proqram eyni zamanda hökumətə aid uzun illərdir istismarda olan yaşayış binalarının da ekstremal təbiət hadisələrinə qarşı sığortası üçün 40 milyon dollar sərmayə tələb edir.
Şimali Avstraliyadakı 500 mindən çox yaşayış, özəl və kiçik sahibkarlıq mülkiyyətinə aid sığorta müqavilələrinin təkrarsığorta fonduna ötürüləcəyi gözlənilir ki, bunun da ümumi sığorta yığımlarında 10 il ərzində 1,5 milyard dollardan çox azalmaya səbəb olacağı ehtimal edilir.