Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah Sığorta" Şirkətinin Təftiş Komissiyasına yeni sədr seçilib.
"Siqortaci.az" xəbər verir ki, 2 iyul 2021-cil il tarixində sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankının attestasiyasından müvəffəqiyyətlə keçmiş Günel Rəhimova “Atəşgah Sığorta" Şirkətinin Təftiş Komissiyasına sədr və “Atəşgah Həyat” Sığorta Şirkətinin Təftiş Komissiyasına üzv təyin edilib.
Rəhimova Günel Cəfərağa qızı 2011-ci ildən “Atəşgah Sığorta" Şirkətində çalışır. “Anderraytinq və təkrarsığorta” şöbəsində müxtəlif vəzifələr tutmuşdur. 0, 2015-ci ildə şöbə müdiri, 2018-ci ildə isə “Sığorta risklərinin qiymətləndirilməsi” idarəsinin rəisi, 2021-ci ildə isə "Atəşgah Sığorta" Şirkətinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir. Peşəkar fəaliyyəti çərçivəsində bir çox nailiyyətlər qazanmış Günel Rəhimova “Chartered Insurance Institute”-nun diplomunu və “Assurance Medical Underwriting Society”-nin sertifikatını əldə etmişdir.
Qeyd edək ki, hazırda “Atəşgah Sığorta" Şirkətinin Təftiş Komissiyasının sədri vəzifəsini Rəhimova Günel Cəfərağa qızı icra edir, Təftiş Komissiyasının üzvləri isə Əmircanov Natiq Sahabin oğlu və Məmmədov Qaya Vaqif oğludur. “Atəşgah Həyat” SŞ-nin Təftiş Komissiyasının sədri vəzifəsini Əmircanov Natiq Sahabin oğlu icra edir, Təftiş Komissiyasının üzvləri isə Rəhimova Günel Cəfərağa qızı və Məmmədov Qaya Vaqif oğludur.