“Atəşgah” Sığorta Şirkəti milli mətbuatımızın yaranmasının 147-ci ili, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə 21 iyul tarixində jurnalist və mətbuat nümayəndələri üçün tədbir - korporativ səhər yeməyi təşkil edib.
"Siqortaci.az" xəbər verir ki, şəhərimizin gözəl məkanlarından birində baş tutan görüşdə “Atəşgah” SŞ nümayəndələri və müxtəlif xəbər portalları, media qurumlarının nümayəndələri iştirak ediblər.
Görüş zamanı “Atəşgah” SŞ nümayəndələri Şirkətin fəaliyyəti, media ilə əməkdaşlığın nəticələri, təsirləri və s. ilə bağlı müzakirələr aparıb. Sonda media nümayəndələrinə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.
Sığorta bazarının lider şirkətlərindən olan “Atəşgah” SŞ bütün media nümayəndələrini təbrik edərək Şirkətin fəaliyyəti, baş verən yeniliklər haqqında əhaliyə obyektiv və operativ məlumat çatdırdıqları, məsuliyyətli peşələrini layiqincə icra etdikləri üçün minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.