“Atəşgah” Sığorta Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırdı

29 sentyabr 2020 15:00

“Atəşgah” Sığorta Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 AZN vəsait ayırıb.

Bu barədə "Siqortaci.az"“Atəşgah” Sığorta Qrupundan məlumat verilib.

Məlumatda deyilir:

“Vətənimizin işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə Azərbaycan ordusuna dəstək olmaq məqsədi ilə “Atəşgah” Sığorta Qrupu adından Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 AZN vəsait ayrılmışdır.

Şirkətimiz adından Ordumuza tezliklə qələbə qazanmağı və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyi arzu edirik. Biz birlikdə güclüyük!”