“AtaSığorta”da mühüm kadr dəyişikliyi

29 dekabr 2020 20:16

AtaSığortada növbəti kadr dəyişikliyi olub.

"Siqortaci.az" Fed.az-a istinadən xəbər verir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, satış şəbəkəsinin idarə olunmasında böyük təcrübəyə malik olan və bu vaxta qədər adı çəkilən şirkətdə Satış departamentinin direktoru vəzifəsini tutmuş Fariz Hacızadə Filiallarla İş departamentinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fariz Hacızadə “MBASK”, “Azərbaycan Sənaye Sığorta”, “Azərqarant Sığorta”, “Standard Insurance” kimi şirkətlərdə çalışıb. Ölkə daxilində çoxsaylı layihələrdə, treninq və seminarlarda iştirak edib, bir çox yerli və TSEV kimi nüfuzlu xarici qiymətləndirmə institutları tərəfindən sertifikatlarla təltif edilib.