ASA üzvləri Fəxri xiyabanı ziyarət etdi

10 may 2022 17:19
Mayın 10-u müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.
 
"Siqortaci.az" ASA-ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.
 
Daha sonra ASA üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.