ASA Tədris Mərkəzi və "PAŞA Sığorta" birgə təlim təşkil edib

27 sentyabr 2022 17:08
ASA Tədris Mərkəzi və “PAŞA Sığorta” şirkətinin növbəti təlim layihəsi uğurla başa çatdı.
 
"Siqortaci.az" xəbər verir ki, layihə çərçivəsində “PAŞA Sığorta” şirkətinin satış, anderraytinq və tənzimləmə departamentlərinin əməkdaşlarına “Əmlak sığortaları və tənzimləmə prosesi” mövzularında təlimlər təşkil olunub.
 
Təlim çərçivəsində 8 mövzu üzrə 16 saatlıq proqram tədris olunub.
 
Təlimlərin sonunda iştirakçılara Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi adından Fəxri Fərmanlar təqdim edilib.