Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Bakı KOB Evinin birgə əməkdaşlığı və təşkilatçılığı ilə təlim təşkil olunub. Təlim sahibkarlar üçün sığorta xidmətləri haqqında məlumatlandırıcı sessiya formatında həyata keçirilib.
ASA-nın ekspert qrupunun üzvü Araz Əlaslanlının təlimçiliyi ilə Bakı KOB Evində baş tutan sessiyada sahibkarlar sığorta xidmətləri, o cümlədən sığortanın əhəmiyyəti və üstünlükləri haqqında məlumatlandırılıblar.