23 fevral tarixində ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin təqdimatında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində sığorta mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.
Siqortaci.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olan 15 benefisiarı, həmçinin "İnklüziv DOST" altproqramı üzrə fəaliyyət göstərən 15 könüllünün iştirak etdiyi bu təlim Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının maliyyə savadlılığı layihəsi çərçivəsində həyata keçirilmişdir.
Tədbir zamanı Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verilmiş, həmçinin Azərbaycan sığorta bazarının mövcud vəziyyəti, o cümlədən, risklərin idarə edilməsində sığorta xidmətlərinin rolu və sığorta məhsulları haqqında geniş təqdimat edilmişdir.
Maarifləndirici təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.