ASA-da müstəqil sığorta agentləri ilə görüş keçirilib

01 fevral 2023 16:26

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) bir qrup müstəqil sığorta agenti ilə görüş keçirilib.

ASA-dan "Siqortaci.az"-a verilən məlumata görə, görüşdə sığorta agentlərinin problemləri dinlənilib, bu problemlərin çıxış yolları və təkliflər müzakirə olunub.

Müzakirə zamanı bu kimi görüşlərin mütəmadi olaraq keçirilməsi qərarlaşdırılıb.