Analitiklər 23-29 aprel tarixlərində ABŞ-da baş vermiş şiddətli fırtına nəticəsində ümumi iqtisadi zərərin 1 milyard dolları keçəcəyini, zərərlərin çoxunun sığortalandığını söyləyirlər.
“Siqortaci.az” dünya mediasına istinadən xəbər verir ki, fırtının şiddəti Texas, Alabama və Georgia bölgələrinda daha yüksək olub. Təsirlənən bölgələrdə tornado, şiddətli dolu və aramsız külək qeydə alınıb.
Zərərin böyük bir hissəsi külək və dolu nəticəsində əmələ gəldiyini nəzərə alaraq “Aon”, xərclərin çoxunun sığorta hesabına ödəniləcəyini bildirir.