“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həssas qruplara aid uşaq və ailələrin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində maarifləndirilməsinə həsr olunmuş “Ailə, cəmiyyət və biz …!” adlı layihəsinin son təlimini uğurla keçirib.
"Siqortaci.az" xəbər verir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi sədri və layihə rəhbəri Cəmilə Çingizqızının mediaya verdiyi məlumata görə, həssas qruplarla işləməyə hazırlaşan tələbələrə iki gün təlim təşkil edilib.
Təlimin məqsədi, gənc tələbələrə maarifləndirmə işini həyata keçirmək, onlara eşitmə məhdudiyyətli, sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək, onlarla davranış qaydaları və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. İlk təlim “Psixodinamika” reabilitasiya mərkəzində, ikinci təlim isə Azərbaycan Pedaqoji Kollecində keçirilib. Təlimçilər loqoped Ləman Rəfiyeva, psixoloq Səyidə Abbasova və klinik psixoloq Könül Abbasova olmuşdur. Mütəxəssislər tələbələrə, gələcəkdə həsas qruplardan olan uşaqlar və onların ailələri ilə işləmək, uşaqlarda sağlamlıq imkanlarının məhdudlaşma səbəbləri, onlarla düzgün diaqnostik işlərin aparılması, reabilitasiya işinin düzgün təşkil edilməsi, davaranış qaydaları, psixo-loqopedik yanaşmalardan danışılıb.
Hazırkı dövrdə uşağın inkişaf vəziyyətinin valdeynlər və ailənin digər yaşlı üzvləri tərəfindən adekvat qiymətləndirilməsi çox vacibdir. Bunun üçün onların inkişaf normativlərini bilmələri zəruridir.
Reabilitasiya xidmətləri üçün düzgün metodiki vəsaitlərin seçilməsi, uşaqlara düzgün yanaşmanın necə olduğunu və həmin uşaqların valideynləri ilə necə ünsiyyət qurmalarından söhbətlər aparılıb. Həmçinin tələbələrə təlim materialları, İctimai Birlik tərəfindən çap olunmuş “Səssiz Dünyaya Körpü” adlı kitab da təqdim olunub ki, bu kitab vasitəsilə eşitmə məhdudiyyətli şəxslərlə ünsiyyət qurmalarına kömək olsun. Sonda hər bir tələbəyə gələcək peşələrində uğurlar arzulanıb.