“A-Qroup Sığorta Şirkəti” ASC maliyyə savadlılığı layihələri çərçivəsində Bakı şəhərində yerləşən 60 nömrəli məktəbin şagirdləri üçün maraqlı və maarifləndirici tədbir keçirib.
Siqortaci.az xəbər verir ki, bu maarifləndirici tədbirdə məktəblilərə büdcə planlaşdırılması, qənaət, xərclərin doğru bölüşdürülməsi və pulun idarə olunması ilə bağlı ətraflı məlumatlar verilib.
Maarifləndirici sessiyada şagirdlərə həmçinin, maliyyə təhlükəsizliyi, dələduzluqdan qorunma və maliyyə savadlılığının artırılması kimi vacib mövzular haqqında da danışılıb
“Qlobal Pul Həftəsi" layihəsinin bir hissəsi olaraq təşkil olunan bu təlim sessiyasında məktəblilər aktiv şəkildə iştirak edərək suallar verib və yeni biliklər əldə etdilər.